Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir
http://www.aznav.az
“AzNav” mobil tətbiqinin rəsmi internet səhifəsidir. Səhifədə mobil tətbiq haqqında məlumatlar, tətbiqin müxtəlif mobil platformalarda yüklənməsi üçün keçid linkləri mövcuddur.
http://www.privatization.az
Özəlləşdirmə Portalı Azərbaycanın biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə məlumatları ictimaiyyətə çatdırır. Özəlləşdirməyə açılmış müəssisələrin istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlərə dair məlumatlar, özəlləşdirmə sahəsində baş verən son xəbərlər mütəmadi yenilənərək portal vasitəsilə investorlara çatdırılır.
http://www.e-emdk.gov.az
Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı Komitənin fəaliyyət sahəsi üzrə elektron xidmətləri bir pəncərə ilə təqdim edir. Portalda daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın kadastrı ilə bağlı elektron xidmətlər mövcuddur. Portalın qanunvericilik, inzibati reqlamentlər, ərizə formaları, dövlət rüsumu və xidmət haqqı tarifləri, statistika, istifadə qaydaları, rəy və təkliflər və s. bölmələri mövcuddur.
https://eservice.migration.gov.az
Dövlət Miqrasiya Xidmətinin Elektron Xidmətləri 16 noyabr 2018-ci il tarixindən tamamilə yenilənmiş və istifadəyə verilmişdir.Hal-hazırda DMX-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq 14 elektron xidmət fəaliyyət göstərməkdədir.Əcnəbi və vətəndaşlığı olmayan şəxslər qeyd olunan xidmətlər vasitəsilə elektron qaydada öz şəxsi kabinetlərini yarada, müraciətlərini göndərə, rüsum və cərimələrini onlayn qaydada ödəyə bilərlər.
https://migration.gov.az/
Dövlət Miqrasiya Xidmətinin rəsmi veb saytı 2018-ci il mart ayında tamamilə yenilənmişdir.Veb saytda DMX-nın göstərdiyi elektron xidmətlər, xidmət üzrə görülən ən son yeniliklər, online növbəyə yazılmaq, xidmət alarkən istifadə olunan sənədlərin pdf və word formatında əldə etmə, iş vaxtlarında online bələdçi və qeyri-iş vaxtlarında ismarıc göndərmə, xidmət rəhbərliyinin qəbuluna elektron yazılmaq və s kimi imkanlar təmin olunmuşdur.