04.11.2009
Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Toplantıda Milli Net Təşkilat Komitəsi tərəfindən müsabiqənin təşkili istiqamətində görülən işlərlə bağlı məlumat verilib.
Artıq qeydiyyat müddətinin bitməsinə 1 ay müddətindən də az vaxtın qalmasına baxmayaraq Müsabiqənin daha uğurlu başa çatdırılması istiqamətində görüləcək xeyli işlərin olduğu qeyd edilib.
Xüsusilə də Qeydiyyatından imtina edilən saytlardan olan problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlərin görülməsinin vacibliyi qeyd edilib.
Təşkilat Komitəsinə daxil olan Müraciətlər və onların icrası haqqında da məlumat verilib.
Müsabiqə Komissiyasının tam olaraq formalaşdırıldığı və fəaliyyətə başladığı qeyd edilib. Müsabiqə Komissiyası üzvlərindən birisinin özünə aid olan saytın Müsabiqədə iştirakı səbəbi əsas gətirilməklə istefa verməsi nəzərə alınıb.
Görülmüş işlərlə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində bir sıra zəruri addımların atılmasının da vacibliyi bildirilib.
Milli Net
Təşkilat Komitəsi
Millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az