25.12.2013
Milli Net 2013 qaliblərinin təqdimat mərasimi keçirilib
Milli İnternet
Mükafatı - Milli Net 2013 qaliblərinin təqdimat mərasimi keçirilib
24 dekabr
tarixdə Four Seasons Hotelində Milli İnternet Mükafatı - Milli Net 2013
qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti
Osman Gündüz çıxış edərək artıq 5-ci il keçirilən Milli Net 2013 haqqında və
Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. O “İKT ili” elan
olunan cari ildə Milli Net-ə marağın daha da artdığını və ölkədə İnternetin inkişafı istiqamətində
dövlət tərəfindən də ciddi addımların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları
nazirliyi, Azercell və Delta Telekom şirkətlərinə minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək,
müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan
istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasimində RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı
direktoru Elçin Zeynalov çıxış edərək Azərbaycan İnternetinin inkişafı
istiqamətində Milli İnternet Mükafatının rolunu müsbət dəyərləndirib
və bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O,
ölkədə İnternetin və ümumiyyətlə İKT sektorunun inkişafı istiqamətində
son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib .
Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək
Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin
inkişafında mühüm rol oynadığını qeyd edib. O, son dövrlərdə Mobil İnternetin
ölkədə ciddi inkişaf etdiyinə diqqət çəkərək,
İnternetin inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu
istiqamətdə atılan addımlara dəstək verəcəklərini bildirib.
SİNAM şirkətinin
direktoru Elçin Əliyev çıxış edərək ölkədə son dövrlərdə İKT sektorunda xeyli
irəliləyişlərin olduğunu, gənclərin İKT sahəsində fəallığının artmasında Milli
Net-in mühüm rol oynadığını bildirib. O,təmsil etdiyi şirkətin hər zaman gənclərə dəstək olduğunu qeyd edib
AİF üzvü və Milli Net
Münsiflər Komissiyasının üzvü Ələsgər
Məmmədli çıxış edərək qiymətləndirmə haqqında və Münsiflər Heyətinin gördüyü
işlər haqqında məlumat verib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların
təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində
fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin
nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Onlar çıxış edərək Milli
Net-in Azərbaycan İnternetinin inkişafında ciddi əhəmiyyət
daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə
Milli Net-in əsas mükafatlarından və Diplomlardan əlavə, Azercell və SİNAM
şirkətlərinin qiymətli hədiyyələri də
təqdim olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı
millinet.az da yerləşdirilib.
Təqdimat mərasimi Yurd TV tərəfindən İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media
qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri
iştirak edib.
Milli Net-in Baş sponsoru Azercell şirkətidir.
Milli Net-ə RİTN və DeltaTelecom
şirkətləri dəstək veriblər.
Təqdimat mərasimindən hazırlanan geniş fotolar
https://www.facebook.com/media/set/?set=a.645051335534306.1073741827.299129120126531&type=1
Milli Net TK
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az