11.11.2015
Milli Net 2015-də saytların qeydiyyatı 20 noyabrda başa çatacaq
Milli Net Təşkilat Komitəsi bildirir ki, noyabrın 20-də saat 00.00-da Milli Net-də saytların qeydiyyatı başa çatacaq
İndiyədək Milli İnternet Mükafatına 14 Nominasiya üzrə 236 sayt təqdim edilib və hələlik 171 sayt Müsabiqəyə qəbul olunub.
Saytların qeydiyyat müddəti bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Bu müddətədək saytlarını qeydiyyatdan keçirib təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə başa çatanadək yenidən müraciət edə bilərlər.
Milli Net-ə qəbul edilən saytların 1-ci səsvermə prosesi noyabrın sonu başa çatacaq. 1-ci səsvermənin yekunu olaraq Milli Net –in Nominantları seçiləcək və Nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.
Münsiflərin verdikləri qiymətlər və şərhlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı yekun TƏQDİMAT mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.
Hazırda Təşkilat Komitəsi qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görür.
Milli İnternet Mükafatına RYTN , Azercell, Delta Telecom və Best Comp şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.
Milli Net TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az