20.11.2015
Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb
Milli İnternet Mükafatı –Milli Net Təşkilat Komitəsi İnternet resursların qeydiyyat müddətini daha 5 gün uzadıb.
Beləliklə internet resursların qeydiyyat müddəti 25 noyabr tarixdə saat 00.00-da başa çatacaq. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Milli Net TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.
1-ci mərhələ səsvermə prosesi 21 noyabr tarixdə başlanacaq və 30 noyabr tarixdə saat 00.00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
2-ci səsvermə prosesi 02 dekabr tarixdə başlayacaq və 11 dekabr saat 00.00-da tarixdə yekunlaşacaq. Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı TƏQDİMAT mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net TK bir daha bildirir ki, 25 Noyabr tarixdə saat 00.00 dan etibarən saytların qeydiyyat prosesi dayandırılacaq. Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.
TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmə rejimində və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Milli İnternet Mükafatına RYTN , Azercell, Delta Telecom və Best Comp şirkətləri dəstək verirlər.
Milli Net TK
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az