26.11.2015
Milli Net 2015-də saytların qeydiyyatı başa çatıb
Milli Internet Mükafatı 2015-də saytların qeydiyyatı başa çatıb.
Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib (ötən il bu rəqəm 322 olub).
Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar.
Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi noyabrın 30-na qədərdir.
Hazırda qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.
Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
Hazırda 1-ci mərhələ səsvermə prosesi başlayıb və noyabrın 30-da saat 00.00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00.00-da yekunlaşacaq.
Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın 2-ci on günlüyündə keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Milli İnternet Mükafatına RYTN , Delta Telecom və Best Comp şirkətləri dəstək verirlər.
Milli Net TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az