02.12.2015
Milli İnternet Mükafatının Nominantları seçilib
Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində
səsvermənin 1-ci mərhələsi başa çatıb.
Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 374 sayt təqdim edilmişdi. Onlardan
yalnız Qaydalara uyğun olan 299 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə
iştirak edib. Ötən il isə müsabiqəyə 272 sayt qəbul edilmişdi.
Təqdim olunan 299 saytın qiymətləndiriıməsində 15 nəfərlik Münsiflər heyətindən
14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib. Mobil
tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə ekspertlər iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə 299 sayt arasından
ən yaxşılar olan 97 sayt Nominant statusu alıb. Bu saytlar 2-ci
qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam
siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 03 dekabr tarixdə başlayacaq və 13 dekabr
tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud
Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri
qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticə\sindən asılı olaraq hər
Nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 17
dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən
hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan
hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin BestComp şirkəti və Aromania.az -ın
hədiyyələri təqdim olunacaq.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək
verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək
verirlər.
Geniş məlumat : www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az