Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

14.12.2015

Mill Net 2015-də yekun səsvermə başa çatıb

13 dekabr tarixdə Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa  çatıb. Yekun səsvermə prosesi 10 gün davam edib.

Bu müddət ərzində Milli Net-in 3 istiqamət üzrə formalaşdırılan 15 Münsifdən 12-si səsverməni uğurla başa vurub. Münsiflər 299 sayt içərisindən  Nominant statusu qazanan 97 syatı qiymətləndiriblər. Mobil təbiqlər  üzrə nominantları 3 ekspert qiymətləndirib.   

Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 374 sayt təqdim edilmişdi. Onlardan  yalnız Qaydalara uyğun olan 299 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Birinci mərhələdə 299 saytın qiymətləndiriıməsində 14 Münsif  iştirak etmişdi.


Milli Net 2015 qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq

Yekun təqdimat məraasimi  17 dekabr tarixdə Bakı Biznes Mərkəzində keçiriləcək.  Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin BestComp şirkəti və Aromania.az -ın hədiyyələri təqdim olunacaq.


Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Geniş məlumat : www.millinet.az  

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

 

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az