18.12.2015
Milli İnternet Mükafatı - Milli Net 2015 qaliblərinin təqdimat mərasimi keçirilib
Bakı Biznes Mərkəzində Milli
İnternet Mükafatı - Milli Net 2015 qaliblərinin təqdimetmə mərasimi
keçirilib
Təqdimat mərasimində artıq 7-cı il keçirilən Milli Net 2015 müsabiqəsinin cari
il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet
Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat
verib.
Milli Net 2015-ə 14 Nominasiya üzrə 374 internet
resurs təqdim olunduğunu və onlardan yalnız 299 saytın yarışmaya buraxıldığını
bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə
peşəkarlardan ibarət olmaqla formalaşdırılan
Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 Nominant arasından ən
yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar nazirliyi, Azercell, Delta Telekom , BestComp və Aromania.az şirkətlərinə
minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək,
müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan
istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə
İnternetin, xüsusilə də mobil internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm
rol oynadığını qeyd edib. O, gələcəkdə
də İnternetin inkişafı istiqamətində
atılan addımlara dəstək verəcəklərini bildirib.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların ,
diplomların və hədiyyələrin təqdim
edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet
ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl
sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları
iştirak edib.
Onlar çıxış edərək Milli Net-in
Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin
davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı millinet.az
da yerləşdirilib.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media
qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri
iştirak edib.
Milli İnternet
Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş
sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom və Aromania.az şirkətləri də Milli İnternet Mükafatına
dəstək verirlər.
Fotolar : https://www.facebook.com/media/set/?set=a.995551873817582.1073741830.299129120126531&type=3
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az