05.10.2016
Milli İnternet Mükafatı – Milli Net 2016 başlayır
Milli Net Təşkilat Komitəsi bildirir ki
Milli İnternet Mükafatına 05 oktyabr 2016-cı il tarixdə start verilir.
İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz İnternet
resursları və İnternet layihələrini təqdim edə bilərlər. Ötən illərdə Milli Net-də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.
Bu il Milli Net 2016 yarışması 11
Nominasiya üzrə keçiriləcək.
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və
turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6.
Bloqlar
7.
Elm və təhsil
8.
Elektron hökumət
9.
Xidmət (Servis) –eTicarət
10. Mobil tətbiqlər
11. Ən yaxşı sosial şəbəkə səhifəsi
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə
prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən
ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.Qaydalara uyğun olaraq Münsiflərə hər hansı
aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər
Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün
açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Yekun səsvermədə Münsiflərin hər bir sayt üzrə
verdikləri qiymətlər əsaslandırılır.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib
gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks
olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən
Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək
etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq,
informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan
dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 25
noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam
edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin
dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.Bu il müsabiqənin rəsmi saytının
dizaynı dəyişib, saytda yenilənmə işləri aparılıb
Milli İnternet Mükafatına Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Delta Telecom, LENOVO və Bestcomp şirkətləri dəstək
verir.
Geniş məlumat : www.millinet.az
Milli Net TK
Veb:
www.millinet.az
E-mail: [email protected] -
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az