08.12.2016
Milli İnternet Mükafatının Nominantları seçilib
Milli İnternet
Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa
çatıb.
Bu il Müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilmişdi. Onlardan
yalnız Qaydalara uyğun olan 238 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə
iştirak edib.
Müsabiqəyə qəbul olunan 238 saytın
qiymətləndiriıməsində 15 nəfərlik Münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə
saytların qiymətləndirməsini həyata keçirib.
Mobil tətbiqlərin qiymətləndirilməsində
isə sahə üzrə 4 ekspert iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 11 Nominasiya üzrə 238 sayt arasından
ən yaxşılar olan 67 sayt və 7 mobil tətbiq Nominant statusu alıb.
Bu saytlar 2-ci
qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 09 dekabr tarixdə başlayacaq və 18 dekabr
tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud
Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri
qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər
Nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 22
dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən
hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan
hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin
BestComp şirkəti və Lenovo şirkətlərinin
hədiyyələri təqdim olunacaq.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək
verir..
Delta Telecom , BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Geniş məlumat : www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az