22.12.2016
Milli İnternet Mükafatı - Milli Net 2016 qaliblərinin təqdimat mərasimi keçirilib
Bu gün -22 dekabr tarixdə Bakı Biznes Mərkəzində Milli
İnternet Mükafatı - Milli Net 2016 qaliblərinin yekun təqdimat mərasimi
keçirilib.
Təqdimat mərasimində artıq 8-cı il keçirilən Milli Net 2016 müsabiqəsinin cari
il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet
Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat
verib.
O, Milli Net 2016-da 11 Nominasiya üzrə
303 internet resurs təqdim olunduğunu və
onlardan yalnız 238 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan
İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyətinin və 5 nəfərdən ibarət mobil
tətbiqlər üzrə Münsiflərin 2-ci səsvermə prosesində 74 Nominant arasından
ən yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar nazirliyi, Delta Telekom , BestComp , Lenovo və Aromaniaya
şirkətlərinə minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək,
müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan
istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasiminin açılışında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi
Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin inkişafında MilliNet yarışmasının
önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan
addımların RYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb. Tahir
Məmmədov yaxın zamanlarda İKT-nin
inkişafı istiqamətində RYTN tərəfindən daha ciddi addımların atılacağını da
diqqətə çatdırıb.
Təqdimat mərasimində Delta Telecom şirkətinin texniki direktoru Atəş Rzayev çıxış edərək Milli Net müsabiqəsinin ölkədə
İnternetin, bütövlükdə İKT sahəsinin
inkişafında mühüm rol oynadığını qeyd edib. O,
İKT sektorunda xüsusi çəkisi yüksək olan Delta Telecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək
verəcəklərini bildirib.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların ,
diplomların və hədiyyələrin təqdim
edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet
ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl
sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları
iştirak edib.
Onlar çıxış edərək Milli Net-in
Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin
davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı millinet.az
da yerləşdirilib.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media
qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri
iştirak edib.
Qaliblərə və fərqlənənlərə Lenovo, BestCom və
Aromaniaya şirkətlərinin hədiyyələri təqdim olunub.
Milli İnternet
Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Delta Telecom şirkəti dəstək
verib.
Millinet2016 Yekun Təqdimat Mərasiminin Fotoalbomu
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az