08.11.2017
“MilliNet” Milli İnternet Mükafatı uğrunda qeydiyyatdan keçmək üçün son 12 gün qalıb
Bu il ilk dəfə olaq
Mobil tətbiqlər və Sosial media resursları da ayr-ayrı nominasiyalar üzrə
müsabiqəyə qəbul edilir. Hələlik müsabiqəyə 20 nominasiya üzrə ümumilikdə 220
müraciət daxil olub. Onlardan 142-si öz təsdiqini tapıb.
“Milli Net”də
iştirak üçün mükafatın veb-saytı olan millinet.az-da “qeydiyyat” bölməsinə
daxil olmaqla, sorğunu doldurmaq lazımdır.
Təqdim olunan
İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji
istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti
tərəfindən dəyərləndirilir.
Müsabiqədə qalib
gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və “Milli Net”
müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif
ediləcəklər.
“Milli Net” mükafatının təsisçisi olan AİF-in
prezidenti Osman Gündüz Milli İnternet Mükafatının əsas məqsədi barədə məlumat
verib:
“Artıq 9-cu “Milli
Net” mükafatının təqdimetmə mərasiminə hazırlaşırıq. Bu mükafatın təsis
olunmasında məqsədimiz Azərbaycan İnternetinin inkişafına və genişləndirilməsinə
xidmət etmək, ən yaxşı milli internet resurslarının ölkədə və dünyada geniş
istifadəçi auditoriyasında təbliğini aparmaq, İnformasiya texnologiyalarının
populyarlaşmasına dəstək vermək, Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdir”.
Milli İnternet Mükafatı Azərbaycan
İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu
mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət
göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet
resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Qeyd edək ki, Milli İnternet
Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında
keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru
Azertelecom şirkətidir
Müsabiqəyə LENOVO, BestComp, İnnovasiyalar Mərkəzi, NOVA, NEURON və Yello şirkətləri
də dəstək verirlər.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az