Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

21.11.2017

MilliNet 2017-də internet resursların qeydiyyatı başa çatıb

20  noyabr 2017-ci il tarixdə Milli Internet Mükafatı – MilliNet 2017-də internet  resursların qeydiyyatı başa çatıb və 1-ci səsvermə mərhələsinə start verilib.


Bu il müsabiqəyə 20 nominasiya üzrə 392 internet resurs təqdim edilib (ötən il bu rəqəm 303 olub).
2 Nominasiya üzrə rəqabətli mühit formalaşmadığı üçün, yetərli sayda resurslar təqdim edilmədiyindən bu Nominasiyalar ləğv edilib.

Bu il ilk dəfə olaraq  mobil tətbiqlər və sosial media resursları fərqli nominasiyalarda müsabiqəyə təqdim edilib. İndiyədək 60 sosial media resursu və 44 mobil tətbiq yarışmaya qəbul edilib.

İndiyədək Qaydalara uyğun olmayan  106 internet resursun müsabiqəyə qəbulundan imtina edilib.
Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar.
Belə ki, bu kimi problemlə qarşılaşan saytlar imtina üçün əsas olan səbəbləri aradan qaldırmaqla noyabrın 29-na qədər yenidən müraciət edə bilərlər.

Hazırda qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.

Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.
 21 noyabr tarixdən 1-ci mərhələ səsvermə prosesi başlayıb və noyabrın 30-da saat 00.00-da başa çatacaq.
1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.

Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-də yekunlaşacaq.

Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın 3-cü on günlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə 
LENOVOBestCompNOVANEURON və Yello şirkətləri də dəstək verirlər. 

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az