02.12.2017
Milli İnternet Mükafatının Nominantları seçilib
Milli İnternet Mükafatı - Milli Net 2017
müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Bu
il Müsabiqəyə 18 Nominasiya üzrə 392 internet resurs təqdim edilmişdi.
Onlardan yalnız Qaydalara uyğun olan 291 resurs Müsabiqəyə qəbul edilib
və səsvermədə iştirak edib.
Bu il ilk dəfə olaraq mobil tətbiqlər və
sosial media resursları ayrı nominasiyalarda müsabiqəyə qəbul edilib.
Müsabiqəyə qəbul
olunan 186 sayt, 45 mobil tətbiq və 60 sosial media resursunun
1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən
22 münsif iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın
qərarı ilə 18 Nominasiya üzrə 291 resurs arasından ən yaxşılar olan 96
internet resurs ( 53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu ) Nominant statusu alıb.
Bu
internet resurslar 2-ci qiymətləndirmə
mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 04 dekabr tarixdə başlayacaq və 15 dekabr
tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud Meyarlar üzrə
daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri
əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya
üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 20
dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən
hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək əks olunan buta
təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə
həmçinin hədiyyələritəqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi və Yello şirkətləri də dəstək verirlər. .
Geniş məlumat : www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az