Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

18.12.2017

Mill İnternet Mükafatının qalibləri élan olunacaq

Milli İnternet Mükafatı – MilliNet2017 Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda yekun səsvermənin nəticələri və MilliNet Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə edilib.

Toplantıda MilliNet 2017 müsabiqəsində səsvermənin 2-ci mərhələsinin uğurla başa çatdığı bildirilib.

Yekun səsvermə prosesi Nominanat statusu qazanan 96 internet resurs (  53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu ) arasında  10 gün davam edib. Bütövlükdə resursların qiymətləndirilməsində 23 münsifdən 19-u iştirak edib.

Saytların qiymətləndirilməsi onlayn formada, mobil tətbiqlər və sosial resursların qiymətləndirilməsi isə oflayn formada həyata keçirilib.

Qeyd edək ki ümumiyyətlə müsabiqəyə 392 internet resrs təqdim edilib ki, onlardan da Qaydalara uyğun olan 291 resurs müsabiqəyə buraxılmışdı.
2 Münsif səsvermədə iştirak etməyib, digər iki münsif isə qiymətləndirməni tam olaraq başa çatdırmadığı üçün onların yarımçıq səsvermə nəticələri ləğv edilib.

Milli Net 2017 qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq.

Təqdimat mərasimindən sonra sayt sahibləri münsiflərin verdiyi ballar və onların əsaslandırması ilə öz hesablarına daxil olmaqla tanış ola biləcəklər.

Yekun təqdimat mərasimi  
20 dekabr tarixdə Boulevard Hoteldə keçiriləcək. Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işləri artıq başa çatıb. Azərbaycan İnternetinin əsas tədbiri olan MilliNet yekun təqdimat mərasimində İnternet və İKT ictimaiyyətinin 170 nümayəndəsinin iştirakı gözlənilir.

Təqdimat mərasiminin internetdə canlı olaraq yayılması nəzərdə tutulub.

Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək toru əks olunan buta və qiymətli hədiyyələr təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Milli İnternet Mükafatına 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVOBestCompNOVANEURON,
İnnovasiya Mərkəzi  və Yello şirkətləri də dəstək verirlər.

Geniş məlumat : www.millinet.az  

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az