21.12.2017
Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin təqdimat mərasimi keçirilib
Milli İnternet Mükafatı - Milli Net 2017 qaliblərinin
təqdimat mərasimi keçirilib. 20 dekabr tarixdə Boulevard Hoteldə Milli İnternet
Mükafatı - Milli Net 2017 qaliblərinin yekun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində artıq 9-cı il keçirilən Milli Net 2017 müsabiqəsinin cari
il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in
prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında
və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, Milli Net 2017-da 18 Nominasiya üzrə 392 internet resurs təqdim
olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib. O,
Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla
formalaşdırılan 23 nəfərlik. Münsiflər Heyətindən 19-nun sısvermədə
iştirak etdiyini bildirib.
Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən
yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqıiyyat, Rabitə və Yüksək
Texnologiyalar nazirliyinə, Baş sponsor Azertelecom, Sponsorlar Lenovo, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi, Yello və PreMark şirkətlərinə
minnətdarlığını bildirib.
O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək,
müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan
istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasiminin açılışında Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin şöbə müdiri Tahir Məmmədov çıxış edərək Azərbaycan
internetinin , İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol
oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların
NRYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb. Tahir
Məmmədov son zamanlarda bu sahədə əldə olunan uğurlara diqqət yönəldib və
yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində NRYTN tərəfindən daha
ciddi addımların atılacağını da diqqətə çatdırıb.
Təqdimat mərasimində Baş sponsor Azertelecom şirkətinin kommersiya üzrə
direktoru Ləman Abbasbəyli çıxış edərək Milli Net müsabiqəsinin ölkədə
İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd
edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında
maraqlı olduğunu diqqətə çatdırararaq Azertelecom şirkətinin gələcəkdə də
İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini
bildirib.
Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların ,
diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib. Mükafatların
təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət
göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli
Net təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək Milli Net-in Azərbaycan İnternetinin inkişafında
ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları
bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin
siyahısı millinet.az da yerləşdirilib. Təqdimat mərasimi
internetdə canlı yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların
və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri
iştirak edib.
Qaliblərə və fərqlənənlərə Lenovo, BestCom və NEURON şirkətlərinin hədiyyələri
təqdim olunub. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi , Yello və PreMark şirkətləri
də dəstək verirlər.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az