19.11.2018
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib
Milli İnternet Mükafatı - MilliNet 2018 müsabiqəsində
internet resursların qeydiyyatı davam edir. Qeydiyyatın başa çatmasına bir gün qalıb. 20 noyabr
tarixdə, saat 00.00-da qeydiyyat başa çatacaq.
Bu günədək müsabiqəyə 19 Nominasiya üzrə 339 internet resurs təqdim
edilib və Müsabiqə Qaydalarına uyğun olan 248
resurs müsabiqəyə qəbul edilib.
MilliNet TK müsabiqənin şəffaf və ədalətli , Qaydalara uyğun
olaraq keçirilməsi üçün zəruri addımlar atır. Daha peşəkar, müstəqil və
obyektivliyi ilə seçilən mütəxəssis və ekspertlərin münsif olaraq seçilməsinə diqqət yetirilir.
Münsiflərin tərkibi müntəzəm olaraq yenilənir.
MilliNet2018 münsiflərinin yeni tərkibi də artıq formalaşıb.
Yeni seçilmiş 12 münsif də bu il internet resursların qiymətləndirilməsində
iştirak edəcək.
Münsiflərin qiymətləndirməsi həlledicidir, hər hansı appelyasiya qəbul edilmir.
Bu il saytları üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial
media resurslarını 3 münsif qiymətləndirəcək.
Münsiflərə aidiyyatı olan hər hansı resursun müsabiqədə iştirakına yol
verilmir.
Milli Net TK bildirir ki, müsabiqə Qaydalarına uyğun olaraq qiymətləndirmə 2 mərhələdə həyata keçirilir.
21 noyabr tarixdən 1-ci mərhələ səsvermə prosesi
başlayır və noyabrın 30-da saat 00.00-da başa çatacaq. 1-ci mərhələ
səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən
olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində
qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və
dekabrın 15-də yekunlaşacaq.
Münsiflərin 2 -ci mərhələ səsvermədə verdikləri qiymətlər təqdimat mərasimindən
sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda
keçirilməsi nəzərdə tutulub.
Hazırda qeydiyyatdan keçən
istifadəçilər müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza
bilərlər.
Milli
İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi
dəstək verir.
MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir
Müsabiqəyə Lenovo, BestComp, İnnovasiyalarMərkəzi, NOVA və NEURON şirkətləri də
dəstək verirlər.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az