22.11.2018
MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb
Milli İnternet
Mükafatı – MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb və
1-ci səsvermə mərhələsi başlayıb.
Bu il müsabiqəyə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilib
(ötən il bu rəqəm 392 olub).
Mobil
tətbiqlər üzrə 2 Nominasiyada rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı
resurslar digər uyğun Nominasiyalara keçirilib.
Beləliklə hazırda MilliNet2018-ə təqdim edilən
406 resursdan 302 resurs 17 Nominasiya üzrə ən yaxşı internet resurs
statusu qazanmaq üçün yarışmada iştirak
edəcəklər. Onlardan 164-ü
saytlar, 37 -si mobil tətbiqlər və 101-i
sosil media resurslarıdır.
İndiyədək Qaydalara uyğun olmayan 104 internet resursun müsabiqəyə
qəbulundan imtina edilib.
MilliNet Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində saytlarını təqdim
edənlər və müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən müsabiqəyə
buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan yenidən müraciət
edə bilərlər.
Hazırda MilliNet.az –da qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə
qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.
Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2
mərhələdə həyata keçirilir.
21 noyabr tarixdən 1-ci mərhələ qiymətləndirmə prosesi başlayıb və dekabrın 2-si saat
00.00-da başa çatacaq.
1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə
nominantlar müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar
seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-dək
yekunlaşacaq.
Bu il saytları üç istiqamət üzrə 15
münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək.
Münsiflərə aidiyyatı olan hər hansı resursun
müsabiqədə iştirakına yol verilmir.
Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra
açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi
nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi
dəstək verir.
MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir
Müsabiqəyə Lenovo, BestComp, İnnovasiyalarMərkəzi, NOVA və NEURON şirkətləri
də dəstək verirlər.
MilliNet TK
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az