05.12.2018
Milli İnternet Mükafatının – MilliNet2018-in Nominantları seçilib
Milli Net 2018 müsabiqəsində qiymətləndirmənin 1-ci mərhələsi
başa çatıb. Bu il Müsabiqəyə 19 Nominasiya üzrə 406 internet resurs
təqdim edilmişdi.
Onlardan yalnız
Qaydalara uyğun olan 300 resurs Müsabiqəyə
qəbul edilib və səsvermədə iştirak edib.
Bu
il mobil tətbiqlər 4 Nominasiyada və
sosial media resursları 3 mxtəlif
Nominasiyada msabiqəyə qatılıblar
Müsabiqəyə qəbul olunan 161 sayt , 33
mobil tətbiq və 108 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər
Heyətindən 20 münsif
iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın
qərarı ilə 19 Nominasiya üzrə 300 resurs arasından ən yaxşılar olan 105 internet resurs ( 61 sayt, 20
mobil tətbiq və 24 sosial media resursu ) Nominant statusu alıb.
Bu
internet resurslar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam
etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da
yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 05 dekabr tarixdə
başlayacaq və 15 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə
münsiflər saytları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq
qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin
nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 21 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat
Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri
görülür.
Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in
xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə
həmçinin hədiyyələritəqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi şirkətləri də
dəstək verirlər. .
Geniş məlumat : www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az