07.12.2018
Milli İnternet Mükafatı Təşkilat Komitəsinin məlumatı
Bir müddət
öncə Milli İnternet Mükafatı Təşkilat Komitəsi 1-ci mərhələ səsvermənin yekunu əsasında
Nominanat statusu qazanan internet resurslarını açıqlayıb.
Nominantların seçim proseduru ilə bağlı MilliNet TK-ya müəyyən suallar və müraciətlər ünvanlanıb.
MilliNet TK bildirir ki, MilliNet
Qaydalarına görə hər bir Nominasiya üzrə müsabiqədə iştirak edən
resursların ən çox bal toplayanları Nominant statusu qazanır. Bu, əslində TK tərəfindən
həyata keçirilən texniki bir prosesdir.
Müxtəlif istiqamətlər üzrə qiymətləndrimə aparan Münsiflərin verdiyi ballar əsasında
indeksləmə aparılır, münsiflərin balları toplanır və ən çox bal toplayan resurslar nominant statusu
qazanır.
MilliNet
Qaydalarına görə qiymətləndirmə yalnız və
ya yalnız Münsiflər tərəfindən aparılır. Resursların müsabiqəyə buraxılmasını həyata
keçirdikdən sonra TK qiymətləndirmə və səsvermə prosesinə hər hansı müdaxilə
etmir.
MilliNet TK yalnız qiymətləndirmə
prosesninin şəffaf və ədalətli formada keçirilməsini təşkil edir və buna nəzarət
edir.
MilliNet Qaydalarına görə münsiflərin seçimi həlledicidir.
Hər bir Münsif qabaqcadan bəlli olan MilliNet meyarlarına və təbii ki, öz təcrübəsi, bilik və bacarığı əsasında qiymət verir. Bir daha diqqətə çatdırırıq ki , Münsiflərin iradəsi və
biliyi, subyektiv baxışları MilliNet meyarlarından üstün də ola bilər.
Odur ki, istənilən Müsabiqədə, istənilən qiymətləndirmədə olduğu kimi bu
prosesdə də subyektivlik qaçılmazdır .
MilliNet TK Münsiflərin peşəkarlığına inanır və
onların seçiminə hörmətlə yanaşır, onların dəyərləndirməsini qəbul edir və bunları
əsas götürərək Nominantları və eləcə də
qalibləri müəyyən edir.
Bunula belə, Müsabiqə başlanmasından öncə münsiflərin seçimi prosesində bu amil
nəzərə alınır, daha peşəkarların seçilməsinə diqqət yetirilir və daim yenilənmə aparılır.
Cari ildə də münsiflərin tərkibi
xeyli yenilənib. Öz sahəsi üzrə peşəkarların münsif olaraq seçilməsinə üsütnlük
verilib. Münsiflər isə öz sahəsi üzrə təcrübəsi
olan mtəxəssis və ekspertlərdən ibarət olmaqla formalaşdırılır.
Bir daha bildirik ki, TK səsvermə prosesində iştirak etmir və ən çox bal
toplayanlara , həmçinin də resursların
topladığı yekun ballar bərabər
olduqda bütün bərabər bal toplayanlara da Qaydalara uyğun olaraq Nonimant satusu verilməsini həll edir.
MilliNet TK
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az