17.12.2018
MilliNet2018-də yekun səsvermə başa çatıb
Milli İnternet Mükafatı -
MilliNet2018 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa çatıb. İnternet
resursların yekun qiymətləndirmə proses prosesi 10 gün davam edib.
Bu il MilliNet2018-ə 17 Nominasiya
üzrə 406 resurs müraciət edib və 300 internet resurs müsabiqəyə qəbul edilib.
Yekun qiymətləndirmə prosesində 1-ci səsvermənin nəticələri əsasında Nominant statusu qazanan 105 resurs iştirak
edib.
Yekun qiymətləndirmədə 23
münsifdən 21-i iştirak edib. 2 münsif
yekun səsvermə prosesində iştirak etməyib. Saytları 14 münsif, mobil tətbiqləri 4 münsif və
sosial media resurslarını 3 münsif qiymətləndirib.
MilliNet2018 müsabiqəsinin
yekunu və qaliblərinin adları Milli İnternet Mükafatının ənənəvi
yekun təqdimat mərasimində açıqlanacaq.
Yekun təqdimat mərasimi 21
dekabr tarixdə Parkİnn Hotelində keçiriləcək. MilliNet Təşkilat
Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri
görülür.
Müsabiqədə 17 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi
mükafatı, hədiyyələr və diplomlar təqdim
olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də hədiyyələr və diplomlar təqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in
Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, İnnovasiya Mərkəzi, NEURON və NOVA şirkətləri də dəstək
verirlər.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az