21.12.2018
Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək
Bu gün Milli İnternet Mükafatı - MilliNet2018
yekun təqdimat mərasimi keçiriləcək.
Təqdimat mərasimində artıq 10-cu il keçirilən
Milli Net 2018 müsabiqəsinin cari il üçün qalibləri elan olunacaq.
Bu il MilliNet2018-ə 19 Nominasiya üzrə 406 internet
resurs ( saytlar , mobil tətbiqlər və sosial media resursları) təqdim edilib. Onlardan yalnız qaydalara uyğun
olan 300 resurs müsabiqəyə qəbul edilib
və səsvermədə iştirak edib. Onlar arasından ən yaxşılar olan 105 resurs
Nominant statusu alıb.
Müsabiqəyə qəbul olunan 300 internet resursun
qiymətləndirilməsində 23 nəfərlik münsiflər heyətindən 21 münsif resursların
qiymətləndirməsini həyata keçirib.
Mobil tətbiqlərin qiymətləndirilməsində isə
sahə üzrə 4 ekspert iştirak edib. Sosial media resurslarının
qiymətləndirilməsində 3 münsif iştirak edib.
Saytları 3 istiqamət üzrə peşəkarlardan ibarət
olmaqla formalaşdırılan 14 münsif qiymətləndirib. Münsiflər Heyəti 2-ci
səsvermə prosesində 105 Nominant arasından ən yaxşılarını seçiblər.
Bu il MilliNet TK “İnnovasiyaların və İT-nin inkişafına
xüsusi töhfə verənlər” və “Azərbaycanı tanıdan ən yaxşı internet resurs” Xüsusi
Nominasiyalarını təsis edib.
MillliNet TK qərarı ilə bu Nominasiyalar üzrə
seçilənlərin adları da Təqdimatda açıqlanacaq və onlara xüsusi mükafatlar və
diplomlar təqdim olunacaq .
Təqdimat mərasimində qaliblərə Milli Net –in
əsas mükafatı təqdim olunacaq, 2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar
veriləcək. Qaliblərə və fərqlənənlərə hədiyyələr də təqdim olunacaq.
Milli Net Qaydalarına uyğun olaraq münsiflərin
Nominant saytlar üzrə verdiyi qiymətlər Təqdimat mərasimindən sonra İnternetdə
açıqlanacaq. Nominantlar öz hesabına daxil olaraq Münsiflərin verdikləri
qiymətlərlə tanış ola biləcəklər.
Təqdimat mərasimində dövlət və özəl sektorun
nümayəndələri, İnternet ictimaiyyətinin nümayəndələri və milli İnternet resurs
sahiblərindən ibarət 200 nəfərin iştirakı gözlənilir.
Azərbaycanda İT-nin və İnternetin inkişafına
təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını
stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən
Müsabiqəyə cari ilin oktyabr ayında
start verilib.
Milli İnternet Mükafatına Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, İnnovasiya
Mərkəzi, NEURON və NOVA şirkətləri də dəstək verirlər.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az