12.12.2009
Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək
Milli Net Təşkilat Komitəsi bildirir ki, 18 dekabr tarixdə saat 18-də Ambassodor Otelində Milli Net -2009 un qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.
01 oktyabr 2009-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda Müsabiqəyə 18 dekabrda yekun vurulacaq və 11 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.
Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə
hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominallara Müsabiqənin Diplomlarının verilməsin nəzərdə tutulub.
Məlum olduğu kimi hazırda 11 Nominasiya üzrə 63 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə 15 dekabr tarixdə başa çatacaq.
Təqdimat mərasimində İnternet ictimaiyyətin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Nominantların hamısı Təqdimat mərasiminə dəvətlidir.
Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.
Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az