09.09.2023
Diqqət !
MilliNet TK-nın məlumatı
5 illik fasilədən sonra Milli İnternet Mükafatı – MilliNet2023 yarışmasının
cari ildə keçirilməsi qərara alınıb.
MilliNet2.0 yeni dizaynda və yeni konsepsiyada keçiriləcək.
Hazirda MilliNet-in saytının yeni versiyası hazırlanır. Oktyabrın əvvəli saytın
yeni versiyasının işə salınması və qeydiyyata start verilməsi nəzərdə tutulur.
Beləliklə :
1. Oktyabrın 2-ci ongünlüyündə MilliNet2.0-a start veriləcək,
resursların qeydiyyatı başlayacaq
2. Nominasiyalara yeni yanaşmalar tətbiq olunacaq, klassik
formada saytların qəbulundan, 3 istiqamətli qiymətləndirmədən imtina ediləcək.
Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.
3. Resursların qiymətləndirilməsində yeni kriteriyalar,
faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və s .
prinsiplər əsas götürüləcək.
4.Resursların qiymətləndirilməsini istifadəçilər deyil,
ekspertlər dəyərləndirəcək. Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar
təqdimatdan dərhal sonra tanış olacaqlar
5.Yekun Təqdimatın dekabrın 2-ci ongünlüyündə İKT
ictimaiyyətinin iştirakı ilə təntənəli formada keçirilməsi, qaliblərə ənənəvi
Butanın təqdim edilməsi nəzərdə tutulub
Azərbaycan İnternetinin və İT sektorun inkişafında müstəsna rolu
olan MilliNet2.0 üçün sponsorluq təklifləri qəbul edilir.
Milli İnternet Mükafatı – MilliNet2023 -ə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az