02.06.2010
Azərbaycan İnternet Forumunun Məlumatı
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.
Toplantıda Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişikliklər, AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.
Toplantıda Milli İnternet Mükafatı ilə bağlı Müsabiqənin keçirilməsi Qaydalarında dəyişikliklər və əlavələr müzakirə edilərək qəbul edilib.
Müsabiqənin daha ədalətli və şəffaf keçirilməsi məqsədilə Münsiflər tərəfindən qiymətləndirmənin yazılı olaraq əsaslandırılması, müsabiqədə qalib gələn resursun növbəti 3 il ərzində müsabiqədə iştirakına icazə verilməməsi, müsabiqə qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi, Nominasiyaların yeni prinsip əsasında müəyyən edilməsi haqqında əsasnamədə dəyişikliklər edilib.
Eyni zamanda Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir sıra zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib
Əsasnamənin yeni mətninin MilliNet.az saytında yerləşdirilməsi tövsiyə olunub.
AİF
Tel : 492-44-44
Veb: www.aif.az
E-mail: [email protected]
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az