01.10.2010
Milli Net 2010 qeydiyyat prosesi başlandı
Bu gündən başlayaraq Milli Net 2010 - a start verilib. Artıq Qeydiyyat prosesi gedir və Milli internet resurs sahibləri saytlarını və Layihələrini Müsabiqəyə təqdim etməyə başlayıblar.
Milli Net Təşkilat Komitəsi əvvəlcədən məlumat verildiyi kimi iştirakçıların Milli Net 2009 -da istifadə etdikləri istifadəçi adı və şifrənin yenidən istifadəsinin mümkünlüyünü bildirib. Bu gün hər bir istifadəçiyə ötən il sayta giriş üçün istifadə etdiyi loqin və şifrə xatırlatmaq üçün bir daha onlara göndərilib.
Eyni zamanda Təşkilat Komitəsi tərəfindən 14 Nominasıyanın hər birisi üzrə izahedici açıqlama hazırlanıb və saytda yerləşdirilib.
Saytları və Layihələri təqdim edənlərin öz saytlarına yerləşdirməsi üçün müxtəlif ölçülü Milli Net 2010 loqoları hazırlanmış və onların kodları saytda yerləşdirilib. Öz resursunu Müsabiqəyə təqdim edənlərin bu loqoları saytlarında yerləşdirməsi Əsanaməyə görə vacibdir.
Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.
Milli Net
Təşkilatr Komitəsi
[email protected]
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az