13.11.2010
Milli Net - in Təşkilat Komitəsinin Müsabiqə Komissiyası üzvləri ilə birgə toplantısı keçirilib
Toplantıda Milli Net Təşkilat Komitəsi tərəfindən görülən işlər haqqında məlumat verilib.
Təşkilat Komitəsinin üzvləri Amid Quliyev və Şaiq Muradov Müsabiqənin səsvermə Qaydaları haqqında Müsabiqə Komissiyası üzvləri üçün təqdimat nümayiş etdiriblər. Qeyd olunduğu kimi Səsvermənin 2 mərhələdə keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə səsvermə prosesinin 10 noyabrdan başlanması və Qeydiyyat prosesi bitən günədək – 20 noyabr tarixədək davam etməsi nəzərdə tutulub. Yekun səsvermə prosesi 20 noyabr tarixdə başlanacaq və 04 dekabradək davam edəcək.
Təqdimatdan sonra TK üzvləri və Munsiflər Müsabiqöənin gedişi və səsvermə qaydaları ilə bağlı fikir mübadiləsi ediblər.
Görüşdə artıq qeydiyyatdan keçən saytlara aidiyyatı olan münsiflərə bununla bağlı yekun qərara gəlməsi - Qaydalara uyğun olaraq ya bu saytların müsabiqədən çıxarılması ya da Müsabiqə Komissiyası üzvlüyündən imtina etməsi tövsiyə olunub.
Görüşdə Müsabiqə Komissiyası üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Görüşdə müsabiqəyə təqdim olunan bəzi resursların sonradan aktiv olmaması məsləsinə də toxunulub. Xüsusilə Azeribloq platforması üzərində qurulan bloqların artıq fəaliyyət göstərməməsi haqqında məlumat nəzərə alınıb.
Toplantıda Milli Net 2010-da qeydiyyat prosesində aktivliyin artırılmasının, reklam və məlumat-infromasiya yönümlü fəaliyyətin gücləndirilməzinin zəruriliyi də qeyd olunub.
Toplantıda bəzi Nominasiyalar üzrə hələlik az sayda resursların qeydiyyatdan keçməsi , rəqabətin yetərli olmaması və bu Nominasiya üzrə qalibin müəyyən edilməsi məsləsi ətrafında müzakirələr aparılıb.Yekun qərarın TK tərəfindən veriləcəyi nəzərdə tutulub.
Milli Net
Təşkilat Komitəsi
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az