20.11.2010
1-ci səsvermənin müddəti 2 gün uzadılıb
Milli Net Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə qəbul olunan saytların çoxlugunu nəzərə alarq , həmçinin səsvermənin effektivliyini artırmaq məqsədilə 1-ci səsvermənin müddəti 2 gün uzadılıb. Beləliklə 1-ci səsvermə Noyabrın 22-də yekunlaşacaq.
1-ci səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq. Bu Nominantlar içərisindən 2-ci səsvermə nəticəsində qalib saytlar seçiləcək.
Qaliblərin mükafatlandırılmasından ibarət yekun TƏQDİMAT mərasiminin 04 dekabr tarixdə Ambassodor otelində keçirilməsi nəzərdə tutulub. Hazırda TK tərəfindən Təqdimat mərasiminin təşkili istiqamətində tədbirlər görülür.
Milli Net TK bir daha bildirir ki, bu gün- 20 Noyabr tarixdə saat 24.00 dan etibarən saytların Qeydiyyat prosesi dayandırılacaq.
Bu müddətədək təqdim olunan saytlar indiyədək müxtəlif səbəblərdən qəbul olunmayıblarsa, TK -nın qərarına əsaən , qeydiyyatla bağlı problemlər 22 Noyabr tarixədək aradan qaldırılarsa onlar Müsabiqəyə buraxılacaq.
Milli Net TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az