23.11.2010
Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantları seçilib
Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa çatib.
Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300
istifadəçi millinet.az saytında qeydiyyatdan keçib və 437 sayt
Müsabiqəyə təqdim edilib.
Onlardan 309 sayt Müsabiqəyə qəbul edilib, 128 sayt isə Müsabiqənin
şərtlərinə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb.
Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə
uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının
pozulması, Azərbaycan dili versiyasının olmamasıdır.
Təşkilat Komitəsinin müəyyən etdiyi Moderatorlar tərəfindən bu saytlara
yazılan şərhlərdə imtinanın səbəbləri qeyd edilib və sayt sahiblərinə
bu haqda məlumat verilib. Qeydiyyat müddətində problemləri aradan
qaldıran saytların qeydiyyatına yenidən baxılıb.
İnternet istifadəçilərinin münasibət bildirməsi üçün millinet.az da
şərh yazmaq imkanı yaradılıb və indiyədək 2500 – dən çox şərh yazılıb.
“Tez-tez verilən suallar” bölməsində yetərli izahedici məlumatlar
yerləşdirilib.
Ötən müddət ərzində Təşkilat Komitəsinə Müsabiqənin gedişi ilə,
şərhlərin məzmunu ilə bağlı bir neçə şikayət və müraciətlər daxil
olub. Bütün Müraciətlərə fərdi qaydada TK tərəfindən baxılıb və
Əsasnamənin tələblərinə uyğun olaraq həll olunub. Müsabiqə qaydalarını
pozduğuna görə yalnız bir nəfər Müsabiqədən kənarlaşdırılıb.
Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15
nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə
saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid
olan saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından
azad edilib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə ən yaxşılar olan 75 sayt Nominant statusu alıb.
Hazırda səsvermənin 2-ci mərhələsi başlayıb. Münsiflər heyəti 04 dekabr
tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları
müəyyən edəcəklər.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə
Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında
və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi
nəzərdə tutulub.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin 04 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.
Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
492-4444
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az