http://firelandvineyards.az
“Fireland Vineyards” şərab zavodu üçün Digitello Agency tərəfindən yaradılan 4 dildə korporativ sayt. Sayt dizaynı, 3 dildə kontent (4-cü dil Çin dili sifarişçi tərəfindən təqdim edilib), individual cms, saytda istifadə olunan fotolar hamısı agentlik tərəfindən təqdim edilib. Saytda zavod haqqında məlumat, Azərbaycanda üzümçülük tarixi, məhsullar kataloqu, kompozisiya şəkilləri və əlaqə məlumatları mövcuddur. Yuxarıda qeyd olununan bütün işlər 6 gün ərzində tam olaraq təhvil verilmişdir.
Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.
Şərhlər
Leyla Rəşid :: məzmun münsifi 11.12.2018 ~ 15:29
Məzmun ziyarətçinin diqqətini cəlb edir və saytın təyinatına cavab veir. Saytın 4 dildə versiyası var, saytın xarici dil versiyası milli dildə olan məzmunla eynilik təşkil edir. Bayraqlarla dil sıralamasında ingilis dilinin Azərbaycan dilindən əvvəl olması, fikrimcə, düzgün deyil, çünki təqdim olunan məhsul bir Azərbaycan brendidir. Əlaqə vasitələri və sosial şəbəkələrə inteqrasiya mövcuddur. Saytda interaktiv əlaqə yoxdur.