10.11.2011
Milli Net 2011-də İnternet layihələrin və saytların qeydiyyat müddəti 5 gün uzadılıb
Milli Net Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim olunan İnternet resursların qeydiyyat müddəti daha 5 gün uzadılıb. Beləliklə Milli Net 2011 də İnternet resursların
Qeydiyyat müddəti 20 Noyabr tarixdə başa çatır. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Milli Net TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.
1-ci mərhələ səsvermə prosesi 15 Noyabr tarixdə başlanacaq və 30 Noyabr tarixdə başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq. Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılmasından ibarət yekun TƏQDİMAT mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net TK bir daha bildirir ki, 20 Noyabr tarixdə saat 24.00 dan etibarən saytların Qeydiyyat prosesi dayandırılacaq.
TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmədə olanlar və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq.
Milli Net TK
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az