19.11.2011
Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır.
Diqqət !
Artıq məlumat verildiyi kimi Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır. Bu müddət bitdikdən sonra hər hansı yeni bir sayt və ya İnternet layihə Müsabiqəyə təqdim edilməyəcək.
Bu müddətədək Qeydiyyatdan keçən lakin Müsabiqəyə qəbul edilməyən saytların ( Gözləmədə olan və ya Qeydiyyatından müxtəlif səbəblərdən müvəqqəti imtina olunanlar) Müsabiqəyə
buraxılması prosesi 1-ci səsvermə mərhələsi başa çatanadək davam edəcək.
1-ci səsvermə prosesi başa çatan andan, yəni 30 noyabr tarixdən etibarən hər hansı bir sayt Müsabiqəyə BURAXILMAYACAQ. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq.
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq. Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılmasından ibarət yekun TƏQDİMAT mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az