Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

24.12.2011

Milli İnternet Mükafatı - Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.

23 dekabr  tarixdə  Ambassodor otelində Milli İnternet Mükafatı - Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.

Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin üğürla başa çatdığını bildirib
 O, Azərbaycan İnternetinin inkişafında  , milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən Müsabiqənin  Qaydalarının da  gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib. Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell Telekom və Delta Telekom  şirkətlərinə minnətdarlığını bildirib.
Təqdimat mərasimində RİTN-nin şöbə müdiri İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan İnternetinin inkişafı istiqamətində bü cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O, ölkədə İKT –nin inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib .

Təqdimat mərasimində Azercell şirkətinin mətbuat qrupunun rəhbəri Anar Cahangirli çıxış edərək İnformasiya texnologiyalarının inkişafına hər zaman dəstək olduqlarını və  Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. İnternet ictimaiyyətinin nümayəndələri , İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri qaliblərə mükafatları təqdim edərək  arzularını bildiriblər.
Çıxış edənlər Müsabiqənin Azərbaycan İnternetinin inkişafında ciddi  əhəmiyyət  daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.

Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib


Milli Net-2011 Müsabiqəsinə  RİTN, Azercell Telekom və DeltaTelekom  şirkətləri dəstək veriblər.

Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan geniş foto-reportajlar  millinet.az da yerləşdiriləcək.

Təqdimat mərasimində çəkilmiş fotolar :
https://picasaweb.google.com/109113897421946954354/MilliNet2011#

Milli Net TK

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az