Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

28.12.2011

Milli Net Təşkilat Komitəsi Milli Net -2011-in yekunlarını müzakirə etdi

Milli İnternet Mükafatı - Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Toplantıda   Milli Net 2011-in yekunları müzakirə edilib.   4 ay  davam edən Müsabiqə prosesinin ümumən uğurla  başa çatması  qeyd edilib.

 Toplantıda həmçinin Müsabiqənin gedişində qarşıya çıxan problemlər, şikayətlər  və onları yaradan səbəblər ətrafında müzakirələr  aparılıb.
 
Toplantıda gələcəkdə Milli Net in daha uğurlu  alınması istiqamətdə  Təkliflər  səslənib.

Toplantıda Nominasiyaların və Səsvermə kriteriyalarının təkmilləşdirilməsi istiqamətində səmərəli Təkliflər  irəli sürülüb. Xüsusilə 1-ci mərhələ səsvermə prosesinin daha təkmil səsvermə mexanizminin hazırlanmasının vacibliyi  bildirilib. Bu məqsədlə müəyyən  ictimai müzakirələrin də keçirilməsinin faydalı olacağı qeyd olunub.  Müsabiqəyə təqdim edilən saytların keyfiyyəti məsələsinə gələcəkdə daha ciddi yanaşmanın vacibliyi vurğulanıb.

 Toplantıda irəli sürülən Təkliflərin AİF- in yanvar-fevral aylarında  keçirilməsi nəzərdə tutulan ümumi yığıncağında  müzakirəyə çıxarılması qərara alınıb.

Toplantıda Milli Net –in rəsmi saytının təkmilləşdirilməsinin də vacibliyi vurğulanıb.

Təşkilat Komitəsinin toplantısında  Müsabiqəyə dəstək verdiklərinə görə Azercell və  Delta Telekom şirkətlərinə, Təqdimat mərasiminin təşkilinə köməkliyə görə RİTN-ə təşəkkür edilib.

 Toplantıda Müsabiqənin Münsiflər Komissiyasının bir  sıra   üzvləri  də iştirak edib

Milli Net
Təşkilat Komitəsi
Millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az