25.07.2012
Milli Net n Təşkilat Komitəsinin toplantısı keçirilib.
25 iyul tarixdə Milli İnternet Mükafatı Müsabiqəsinin - Milli Net 2012-in Təşkilat Komitəsinin toplantısı keçirilib.
Toplantıda Milli Net 2012- in təşkili və hazırlıqla ilə bağlı məsələlər müzakirə edilib.
Müsabiqəyə sentyabr ayında start veriləcəyi bildirilib.
Bu ilki yarışmanın da 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. Müsabiqə aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. Elm və təhsil
9. Dövlət və bələdiyyə saytları
10. Elektron xidmətlər
11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar
TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb.
Təşkilat Komitəsinin və Münsiflər Heyətinin tərkibinə yeni üzvlərin seçilməsi məqsədəuyğun hesab olunub və bununla bağlı namizədlərin AİF –in toplantısında təsdiq edilməsi qərara alınıb.
Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilməyəcəyi bir aha diqqətə çatdırılıb
TK bir daha bildirir ki, Münsiflər Heyətinin verdiyi səslər və onların əsaslandırılması Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Toplantıda müsabiqəyə təqdim olunan saytların keyfiyyətinə xüsusi diqqət yetirilməsi , qiymətləndirmə kriteriyalarının dəqiqləşdirilməsi, Milli Net saytının təkmilləşdirilməsi, mükafatlandırma mərasiminin daha yüksək səviyyədə keçirilməsi ilə bağlı təkliflər səslənib və nəzərə alınıb.
Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Milli Net TK –nın toplantısında Müsabiqəyə dəstəklə bağlı müvafiq qurumlara müraciət edilməsi məqsədəuyğun hesab edilib
Milli Net TK bildirir ki, ötən ilki Milli Net 2011 –in keçirilməsinə Azercell , Delta Telecom və RİTN dəstək veriblər.
Milli Net TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az