24.09.2012
Milli Net TK-nın məlumatı
jazzaze.com resursunun Milli Net Moderatorları tərəfindən Müsabiqəyə buraxılmaması ilə bağlı TK-ya Müraciət daxil olub.
Müraciətə TK tərəfindən baxılıb. TK-nın ümumi rəyinə görə resurs Azərbaycanla bağlı məlumatların xarici auditoriyaya yayılmasına yönəlib və bununla da Azərbaycan dili versiyası olmasa da Müsabiqənin şərtlərinə uyğundur.
( 4.1 Maddə. Azərbaycan İnternet Forumu Azərbaycanda milli internet resurslarının inkişaf etdirilməsini və genişləndirilməsini əsas məqsədi hesab edərək bu mükafatı təsis etdiyi üçün, müsabiqədə ancaq Azərbaycan dilli saytların iştirakına icazə verir.
Müsabiqəyə təqdim olunan saytların Azərbaycanla bağlı olması, Azərbaycan haqqında olması və ya Azərbaycan istifadəçiləri üçün nəzərdə tutulması vacibdir.
Yalnız Azərbaycanı xaricdə tanıtmaq və təbliğ etmək məqsədilə yaradılan saytların xarici dildə olması məqbul hesab olunur)
Odur ki TK adı çəkilən saytın Müsabiqəyə buraxılmasını məqsədəuyğun hesab edib.
Milli Net TK
24.09.2012
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az