Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

30.09.2009

Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.

AİF prezidenti , Müsabiqənin Təşkilat Komitəsinin nümayəndəsi Osman Gündüz mətbuat konfransını açaraq Milli Net haqqında, Müsabiqənin məqsədləri və mərhələlərin haqqında məlumat verib.  O, Mükafatın hər il  müxtəlif sahələrdə fəaliyyət göstərən  milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə veriləcəyini bildirib.
O, Müsabiqəyə HP, Azercell, Delta Telecom şirkətləri tərəfindən dəstək verildiyini qeyd edib.
Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğu qeyd olunub. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcəyi vurğulanıb.





İki mərhələdə keçiriləcək səsverməni internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir. İnternet istifadəçilərinin səsvermə prosesində iştirakına yol verilmədiyi bildirilib , lakin onların qeydiyyatdan keçərək müsabiqəyə buraxılan saytlara şərh vermək imkanlarının olduğu vurğulanıb.

Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.

Müsabiqənin təşkilati işlərini AİF tərəfindən formalaşdırılan Təşkilat Komitəsi aparacaq.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
Milli Net 2009 müsabiqəsində iştirak etmək istəyənlər  01 oktyabr 2009-cu il tarixindən başlayaraq qeydiyyatdan keçə bilərlər.  Qeydiyyat prosesi  noyabrın sonunda yekunlaşacaq.  İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Azercell şirkətinin Mətbuat qurumunun rəhbəri Fəxri Abbasov və HP şirkətinin nümayəndəsi Rasim Bəxşi çıxış edərək ölkədə İnternetin və ümumiyyətlə İnformasiya Texnologiyaların inkişafına kömək edən Layihələrin gerçəkləşməsində maraqlı olduqlarını qeyd ediblər.
Müsabiqənin təşkilat komitəsinin üzvləri Vahid QasımovAmid Quliyev, tam olaraq elektron formada həyata keçirilən iştirakçıların və saytların Qeydiyyatı, səsvermə prosesləri və www.millinet.az  resursunun imkanları haqqında məlumat veriblər.

Mətbuat Konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Milli Net müsabiqəsinə HP, Azercell, Delta Telecom şirkətləri dəstək verirlər.

Daha geniş məlumatı www.millinet.az  saytından əldə edə bilərsiniz.

AİF
Tel :    492-44-44
Veb:   www.millinet.az  
E-mail: [email protected]

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az