02.11.2012
Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib
Bu gün XƏZƏR Universitetində Milli Net 2012 - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və XƏZƏR Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin, Münsiflər Komissiyasının üzvləri Osman Gündüz və Rəşad Əliyev , həmçinin Milli Net moderatorları Milli Net haqqında məlumat veriblər.
Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar.
Növbəti həftədə İqtisad Universitetində, həmçinin VEB – studiya və developerlərin iştirakı ilə oxşar təqdimatların keçirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, hazırda Milli Net-də saytların qeydiyyatının başa çatmasına 20 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 181 sayt təqdim olunub və onlardan 153-ü yarışmaya buraxılıb.
Hazırda www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibətlərini bildirə bilərlər.
Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndrimə prosesinin başa çatdırılması nəzərdə tutulub.
Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telekom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Fotolar : http://www.facebook.com/media/set/?set=a.461859693853472.97584.299129120126531&type=1
Milli Net TK
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az