Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

05.12.2012

Milli Net Təşkilat Komitəsinin Məlumatı

Məlum olduğu kimi , 1-ci səsvermə mərhələsindən sonra Milli Net TK-ya daxil olan müraciət əsasında Münsiflərə aidiyyatı olan və StartUp2102 Nominasiyasına daxil olan  nettrends.az saytı  Müsabiqədən çıxarılmışdır.

Milli Net TK Qaydaları əsas tuaraq  çıxarılan resursdan sonra bu Nominasiya üzrə ən çox bal toplayan  www.flower.az saytını Nominantlar siyahısına daxil edib.

 Milli Net TK  eyni zamanda bildirir ki, bu ilki Nominantlar sırasında  Milli Net 2009-un qalibi olmuş  www.adam.az saytı da var. Milli Net TK bildirir ki, bu resurs hazırda fərqli dizaynda və strukturda bu ilki Müsabiqəyə təqdim edilsə də tam olaraq fərqli bir resurs kimi qəbul edilə bilməz.  Qalib resurslar Qaydalara görə yalnız 3 il tamam olandan sonra müraciət edə bilərlər. Odur ki, TK  adı çəkilən resursun Müsabiqədən kənarlaşdırılması ilə bağlı qərar qəbul edib.

 Milli Net TK  bildirir ki hazırda Səsvermənin 2-ci mərhələsi davam edir və  15 dekabr tarixdə başa çatacaq. Müsabiqə Komissiyası 15 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.
Qaliblərin Təqdimat mərasiminin 19 dekabr tarixdə keçirilməzi nəzərdə tutulur.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az