09.10.2009
Milli Net - in Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Toplantıda Qeydiyyat prosesinin gedişi ilə bağlı müzakirələr aparılıb. Müsabiqənin gedişində aktivliyin artırılması istiqamətində tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə reklam işlərinin təşkili, fərdi qaydada müraciətlərin edilməsi, yaxın vaxtlarda Milli kontentlə bağlı Dəyirmi Masanın keçirilməsi və s. bir sıra digər maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunub
Müzakirələrdə istifadəçilər tərəfindən Təşkilat Komitəsinə ünvanlanan müraciətlər, şikayətlər və təkliflərlə bağlı məlumat dinlənilib.
Yenidən edilən müraciətlər əsasında bir sıra hallarda qeydiyyatdan keçən saytların Nominasiyalarında dəyişikliklər aparıldığı bildirilib. Həmçinin daha uğurlu Nominasiya seçimi ilə bağlı Qeydiyyatdan keçən sayt sahiblərinə TK tərəfindən müraciətlərin edilməsi məqsədəmüvafiq hesab olunub.
Xeyli sayda saytların qeydiyyatdan keçiməməsinin səbəbimin də Milli Net –in kodunun saytda yerləşdirilməməsi olduğu qeyd edilib. Bu qurumlara müvafiq kodun yerləşdirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.
Müsabiqə Komissiyası üzvləri ilə görüşün növbəti həftədə keçirilməsi qərara alınıb.
Təşkilat Komitəsi tərəfindən müəyyən olunan xüsusi nominasiya ilə bağlı müzakirə aparılıb. Bu nominasiya üzrə qeydiyyatın aparılmadığı diqqətə çatdırılıb. Bu cür nominasiyalar üzrə mükafatların isə xüsusi ekspertlər və uyğun sahə üzrə qurumların rəyi əsasında Təşkilat Komitəsinin qərarı ilə həyata keçiriləcəyi haqqında məlumat verilib.
Müzakirələrdə bir daha müxtəlif mərhələlərdə keçiriləcək səsvermənin prinsipləri və detalları ətrafında müzakirələr aparılıb və ümumi rəy əldə olunub. Hər bir qiymətləndirmə istiqaməti ( dizayn, funksionallıq və kontent) üzrə zəruri kriteriyaların açıqlamasının hazırlanması və Münsiflər Komissiyasına təqdim edilməsi məqsədəuyğun hesab edilib.
Müzakirələrdə Müsabiqənin daha uğurlu keçirilməsi ilə bağlı digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Milli Net
Təşkilat Komitəsi
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az