Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir
17.11.2013
Milli Net TK bildirir ki 23 Noyabrda Milli Net-də saytların qeydiyyatı başa çatır. Bu müddətdən sonra hər hansı saytın qeydiyyatı mümkünsüz olacaq.
Bu tarixədək qeydiyyatdan keçənlər, lakin Qeydiyyatından müvəqqəti imtina olunanlar 1-ci səsvermə başa çatanadək yenidən müraciət edə biləcəklər. 1-ci səsvermə başa çatan andan bu resursların da yenidən müraciəti dayandırılacaq.
1-ci səsvermə prosesi 23 noyabr tarixdən başlayacaq və 02 dekabr tarixdə başa
çatacaq.
Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
1-ci səsvermənin yekunu olaraq Milli Net
–in Nominantları seçiləcək və
Nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet
Mükafatının qalibləri müəyyən olunacaq.
2-ci səsvermə prosesi 03 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.
Milli
Net TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Bu xəbəri paylaş: