04.12.2013
Milli Net 2013 Nominantları seçilib
Milli İnternet Mükafatı - Milli Net 2013 –də
səsvermənin 1-ci mərhələsi başa çatıb.
Müsabiqəyə 14 Nominasiya üzrə 401 sayt təqdim edilmişdi. Onlardan yalnız Qaydalara
uyğun olan 319 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
AİF tərəfindən , Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə
formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərindən 13 Münsif 1-ci mərhələdə saytların
qiymətləndirməsində iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 12 Nominasiya üzrə 319 sayt arasından ən
yaxşılar olan 86 sayt Nominant statusu alıb. 2 Nominasiya üzrə
rəqabətli mühit formalaşmadığından bu Nominasiyalara təqdim oluna saytlar digər
Nominasiyalar keçirilib.
Səsvermənin 2-ci mərhələsi 04 dekabr tarixdə başlayacaq və 15 dekabr
tarixdə başa çatacaq. Bu mərhələdə
Münsiflər saytları mövcud Meyarlar üzrə
daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri
əsaslandıracaqlar
Müsabiqə Komissiyası 15 dekabr tarixədək Nominantlar
arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 24
dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən
hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 12 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan
hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti də Milli
İnternet Mükafatına dəstək verirlər.
Geniş məlumat : www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az