Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

12.12.2013

2-ci səsvermə müddəti 4 gün uzadılıb .

Milli Net TK  bildirir ki, 2-ci səsvermə prosesinin daha keyfiyyətli aparılması məqsədilə səsvermə müddəti 4 gün  uzadılıb .
Beləliklə 2-ci səsvermə müddəti 19 dekabr tarixdə saat 24.00-da başa çatacaq.
20 dekabr tarixdə Milli Net TK toplantısının keçirilməsi nəzərdə tutulur.
24 dekabr tarixdə Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  keçirilməsi nəzərdə tutulub.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 12 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.

RİTN və Delta Telecom  şirkəti də Milli İnternet Mükafatına dəstək verirlər.
Geniş məlumat : www.millinet.az

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az