Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir
8. Müsabiqə Komissiyasının üzvləri və qiymətləndirmə qaydası
8.1. Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. Müsabiqə Komissiyası üzvləri 15 nəfərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılır.
8.2. Müsabiqə Komissiyası üzvləri tanınmış internet ictimaiyyətinin nümayəndələri, mütəxəssislər, internet jurnalist və redaktorları, veb-masterlər və digər internet peşəkarları arasından seçilməklə formalaşdırılır.
8.3. Komissiya ayrı-ayrı kriterlərin qiymətləndirilməsi üzrə işçi qruplar formalaşdıra, müstəqil ekspertləri qiymətləndirmə prosesinə cəlb edə bilər. Müsabiqə Komissiyası üzvlərinin və ekspertlərin şəxsi və ya professional əlaqədə olduqları saytların müsabiqədə iştirakına yol verilmir. Belə hallar müşahidə edilərsə, Təşkilat Komitəsinin qərarı ilə həmin saytlar yarışmadan çıxarılır və bu haqda məlumat müsabiqənin saytında yerləşdirilir.
Qiymətləndirmə prosesində üzrsüz səbəbdən iştirak etməyən Müsabiqə Komissiyası üzvləri AİF-in qərarı ilə üzvlükdən kənarlaşdırıla bilər.
Komissiya üzvləri qaliblərin müəyyən edilməsi ilə bağlı qərarı təqdimat mərasiminədək açıqlamamalıdırlar.
8.4. Saytların seçilməsi və nominantların müəyyənləşdirilməsi
Müsabiqə Komissiyasının üzvlərinin hər birisi ayrılıqda müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan saytlara baxıb xüsusi qiymət kriterinə uyğun olaraq qiymətləndirməni həyata keçirirlər. Səsvermə Müsabiqə Komissiyası tərəfindən iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə Müsabiqə Komissiyası üzvləri tərəfindən Qiymətləndirmə Meyarlarına yğun olaraq ümumi təəssüratlar və konkret hər bir kriteriyə üzrə vəziyyətin ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Ən çox bal toplayan 5 sayt həmin nominasiya üzrə nominantlar siyahısına daxil edilir. Birinci mərhələdə səslərin sayı bərabər olduğu halda bərabər səs toplayanların hər birisi nominant hesab olunur. İkinci mərhələdə Müsabiqə Komissiyası üzvləri konkret meyarlar üzrə nominantların xüsusi bal sistemi əsasında qiymətləndirilməsini həyata keçirirlər. Hər bir Komissiya üzvünün qiymətləndirməsi yazılı olaraq əsaslandırılır (qiymətləndirmə ilə bağlı qısa şərh yazılır). Ən çox bal toplayan sayt bu nominasiyanın qalibi hesab edilir.
Bir komissiya üzvünün verdiyi səslərin digər komissiya üzvü tərəfindən görülməsinə imkan verilmir. Səsvermə prosesi hər bir komissiya üzvü tərəfindən ayrılıqda elektron formada həyata keçirilir.
Qaliblərin müəyyən edilməsi məqsədilə keçirilən səsvermə prosesinin ikinci mərhələsində Müsabiqə Komissiyası üzvlərinin birgə toplantısı keçirilə bilər.
İkinci mərhələdə ballar bərabər olduqda yekun qərar Komissiya üzvlərinin məsləhətləşməsi əsasında qəbul olunur. Hər bir Müsabiqə Komissiyası üzvünün verdiyi səslər və onun əsaslandırılması Təqdimat Mərasimindən sonra dərhal millinet.az saytında yerləşdirilir
Müsabiqənin yekunları haqqında məlumat İnternet və KİV vasitəsilə yayılır.