Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

İctimai-sosial saytlar

Buqelemun

https://www.buqelemun.com/

Buqelemun - Tələbələrin ən çox istifadə edəcəyi sosial şəbəkə olma məqsədli, Tələbələrə, ehtiyac duya biləcəkləri informasiyanı ən optimal şəkildə çatdıran veb platformadır. Yaxında burada tələbələr dərs vəsaitlərini paylaşa biləcək, və Buqelemunun təşkil etdiyi rəngarəng sosial aktivliklərdə iştirak edə biləcəklər. Hər addım tələbələr üçün...

Öyrədərək Öyrənirik Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi

http://www.docendo-discimus.az

Bu saytda ictimai birliyimiz tərəfindən icra olunmuş layihələr və keçirilmiş tədbirlər yer alır.

Qenius

https://qeni.us

Qenius - tam olaraq Azərbaycanda hazırlanmış sosial şəbəkədir. Məqsədimiz ölkəmizdə bu sahəni inkişaf etdirmək, ideyaları olub, reallaşdırmaqdan çəkinənlər üçün nümunə göstərməkdir. Qenius vasitəsi ilə siz şəxsi anketlərinizi yarada bilərsiniz. Onları müxtəlif vasitələrlə bəzəyə bilər, sonra isə suallar təyin edə bilərsiniz. Daha sonra, anketinizə keçidi dostlarınızla paylaşmaqla, onları anketinizi doldurmağa dəvət edə bilərsiniz. Anketinizi doldurulduqda cavabları oxumaq imkanınız var.

QHT.az

http://www.qht.az/

QHT.az saytı 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Sayt üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin elektron bazası və şəbəkəsini formalaşdırılıb. Hazırda həmin şəbəkədə 700-ə yaxın QHT haqqında informasiya bazası formalaşdırılmış və 700 QHT üçün subdomenli sayt yaradılmışdır. Saytda eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır.

QHTFilm

http://qhtfilm.az/

QHTFilm.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasıdır. Sayt “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində hazırlanıb.