Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Nominantlar - Media və İnformasiya

http://iqtisadiyyat.az/

http://iqtisadiyyat.az/

“İqtisadiyyat.Az” xəbər agentliyi 2018-ci ilin noyabr ayının 1-dən fəaliyyətə başlayıb. Qısa müddət ərzində ölkədə öz auditoriyasını yığan, müstəqil media qurumu kimi tanınan “İqtisadiyyat.Az” saytında Azərbaycanın və dünyanın iqtisadi arenasında baş verən ən mühüm xəbərlər oxuculara operativ, obyektiv və qərəzsiz şəkildə çatdırılır. Hazırda “İqtisadiyyat.Az” kollektivi maliyyə, banklarla yanaşı, avtomobil, əmlak, turizm, İKT, sənaye, nəqliyyat sahələrini ahəta edir.

http://sportline.az/home

http://sportline.az/home

11 noyabr 2015-ci ildən fəaliyyət göstərən SportLine.az saytında oxuculara idman xəbərləri təqdim olunur. Saytda təqdim edilən məzmunlarda multimedia elementlərinin istifadəsi məsələsinə xüsusi diqqət yetirilir.

http://bgz.az

http://bgz.az

BGZ.AZ, yəni daha uzun adı ilə desək “Bizim Game Zone” 30 Aprel 2017-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərir. Saytın əsas məqsədi oxuculara ən son oyunlar və texnoloji xəbərləri çatdırmaqdır. Fəaliyyəti boyunca bir çox uğura imza atmış və bir çox aktiv fəaliyyətləri olmuşdur.

http://geleceknamine.az/

http://geleceknamine.az/

Gələcək Naminə Müstəqil İnformasiya Portalı (GN Press) vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı,saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Bizim müstəqil informasiya portalımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq xəbər yayır.

https://digitalazerbaijan.az/

https://digitalazerbaijan.az/

"Digital Azerbaijan" layihəsinin məqsədi- IKT sənayesində çalışan mütəxəssis və mühəndislərin, ölkəmizin ehtiyac duyduğu bilgi, bacarıq və texnologiyaları qavrama və mənimsəməsinə real dəstək verməkdir. İnnovasiya iqtisadiyyatına keçid yolunda texnoloji yenilikləri Respublikamıza gətirmək və sonda yaxın perspektivdə texnoloji müstəqilliyimizə nail olmaq üçün infrastrukturun və İKT sahəsində kadr potensialının inkişafına töhfə və dəstək verməkdir.