05.10.2018
Milli İnternet Mükafatı – MilliNet2018 başladı
MilliNet
Təşkilat Komitəsi bildirir ki, Milli İnternet Mükafatına 05
oktyabr 2018-cı il tarixdə start verilir.
İddiaçılar
www.millinet.az saytında qeydiyyatdan keçərək öz saytlarını, mobil
tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər.
Ötən illərdə Milli Net-də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil
ola bilərlər.
Bu il MilliNet2018 yarışması saytlar, mobil tətbiqlər və
sosial media resurslarından ibarət olmaqla 19 Nominasiya üzrə keçiriləcək :
Saytlar və internet layihələr :
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Bloqlar
7. Elm və təhsil
8. Elektron hökumət
9. Xidmət (Servis)
10. Elektron Ticarət
Mobil tətbiqlər :
11. Elektron hökumət mobil
tətbiqi
12. Təhsil mobil tətbiqi
13. Oyun və əyləncə mobil tətbiqi
14. Maliyyə-bank və e-ticarət tətbiqi
15. Media və informasiya mobil tətbiqi
16. Köməkçi mobil tətbiqlər (utilitlər)
Sosial media :
17. Ən yaxşı Facebook səhifəsi
18. Ən yaxşı Youtube kanalı
19. Ən yaxşı İnstagram hesabı
Ötən ildə olduğu kimi saytların
qiymətləndirilməsini internet istifadəçiləri deyil, üç istiqamət üzrə (
kontent, dizayn və texnoloji ) peşəkarlardan və mütəxəssislərdən ibarət
olmaqla Azərbaycan İnternet
Forumu tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
Mobil tətbiqlər və sosial media resurslarını isə ekspertlər və sahə üzrə mütəxəssislər
qiymətləndirəcək.
Hazırda Münsiflər Heyətinin və
ekspertlərin formalaşdırlması prosesi
davam edir.
Müsabiqəyə texniki və informasiya dəstəyi üçün MilliNet TK tərəindən Media
Support və Moderatorlar qrupu yaradılıb.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə
iştirakına yol verilmir.
Münsiflər Heyətinin yekun səsvermə zamanı verdiyi səslər Müsabiqə başa
çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında
yerləşdirilir.
Qiymətləndrimə prosesi iki mərhələdə həyata
keçirilir. Yekun səsvermədə Münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri
əsaslandırırlar. Müsabiqədə 19 Nominasiyanın hər biri üzrə qalib gələnlərə
Milli Net-in xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və
qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən
təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin
inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və
tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və
Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 20
noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 14 -dək
davam edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin cari ilin
dekabrın ayında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək
verir.
MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir.
Müsabiqəyə LENOVO , BestComp , NOVA və NEURON şirkətləri dəstək verirlər.
Geniş məlumat : www.millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az