Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir
24.11.2018
MilliNet Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim edilən 2 resursda (eyni bir resursun veb və tətbiq versiyaları) Azərbaycan dili versiyasının olmadığı məyyən olunub və Qaydalara uyğun olaraq hər iki resursun Müsabiqəyə qəbulundan imtina edilib.
Məlumat üçün bildirək ki bu prinsip yalnız Azərbaycanı
xaricdə təmsil edən resurslara şamil edilmir.
Həmçinin də Müsabiqədə iştirak edən resursun eyni zamanda həmin resursun sub domeni ilə yenidən başqa bir resurs olaraq iştirakı məyyən olunub. Qaydalara zidd olduğuna görə həmin resursun da qəbulundan imtina edilib.
MilliNet TK həmçinin
bəzi dövlət resurslarının Nominasiya seçimində uyğunsuzluq halları müəyyən
edilib. Belə ki, dövlət internet resursları Elektron hökumət Nominasiyasını
deyil, fəaliyyət istiqaməti üzrə Nominasiya seçimi edib.
MilliNet TK rəqabət prinsiplərini qorumaq üçün Qaydalara uyğun olaraq bu resursların Elektron hökumət Nominasiyasında olmasını məqsədəuyğun hesab edib.
MilliNet
TK
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
Bu xəbəri paylaş: