22.12.2018
Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçirilib
21 dekabr tarixdə Parkİnn Hotelində
Milli İnternet Mükafatı - Milli Net 2018 qaliblərinin yekun təqdimat
mərasimi keçirilib. Tədbir MilliNet-in yubileyinə həsr olunan video-çarxla başlanıb.
Tədbirdə Milli Net Təşkilat Komitəsi
adından Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək 10 il ərzində
MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən Müsabiqə çərçivəsində görülmüş işlər haqqında
məlumat verib.
O, Milli Net 2018-də 19 Nominasiya üzrə 406 internet
resurs təqdim olunduğunu və onlardan yalnız 300 resursun yarışmaya buraxıldığını bildirib. O,
Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23
nəfərlik Münsiflər Heyətindən 21-nin
sısvermədə iştirak etdiyini bildirib.
Münsiflər Heyəti 2-ci səsvermə prosesində 105 Nominant
arasından ən yaxşılarını seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqıiyyat, Rabitə və Yüksək
Texnologiyalar nazirliyinə, Baş sponsor AzerTelecom, SponsorlarLenovo, BestComp, NOVA, NEURON, İnnovasiya
Mərkəzi və PreMark şirkətlərinə minnətdarlığını bildirib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan
istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasiminin açılışında Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin nümayəndəsi İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan
internetinin , İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol
oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı
ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman
dəstəkləndiyini diqqətə çatdırıb.
Təqdimat mərasimində Baş sponsor AzerTelecom şirkətinin satış və partnyorlarla iş
üzrə direktoru Ləman Abbasbəyli çıxış edərək Milli
Net müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında
mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və
İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Azertelecom
şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara
dəstək verəcəklərini bildirib.
Sonra qaliblərə, 2-ci və
3-cü yer tutanlara Mükafatların , diplomların və hədiyyələrin təqdim
edilməsinə start verilib.
MilliNet2018 qalibləri , 2-cü və 3-cü yerləri tutanlarla burada tanış ola bilərsiniz.
Bu il ilk dəfə olaraq MilliNet-in xüsusi mükafatları da təqdim edilib. Təqdimat
mərasimində “İnnovasiyaların
və İT-nin inkişafına xüsusi töhfə verənlər” və “Azərbaycanı tanıdan ən yaxşı
internet resurs” Xüsusi Nominasiyaları üzrə seçilənlərin də adları açıqlanıb .
İnnovasiyaların və İT-nin inkişafına verdiyi xüsusi töhfəyə görə Mərkəzi Bankın
İT departamentinin direktoru Fərid
Osmanov təltif olunub
“Azərbaycanı tanıdan ən yaxşı
internet resurs” Nominasiyası üzrə QARABAĞ
( KARABAKH) mobil tətbiqi təltif olunub.
Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT
sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin
nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək Milli Net-in Azərbaycan
İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı
olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Təqdimat mərasimi internetdə canlı yayımlanıb.
Təqdimat mərasimində
dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının
nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Qaliblərə və fərqlənənlərə Lenovo, BestCom və NEURON şirkətlərinin
hədiyyələri təqdim olunub. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in
Baş sponsoru AzerTelecom şirkətidir. Müsabiqəyə LENOVO, BestComp, NEURON, İnnovasiya Mərkəzi , NOVA və PreMark şirkətləri
də dəstək verirlər.
Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.
Təqdimat mərasimindən hazırlanan foto-albom.
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az